13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-in suallarıın cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

O qeyd edib ki, məktəbli formaları avqustun 17-dən satışa çıxarılacaq.

"Formalar hazırlandıqdan sonra anbarlara yığılır. Hazırda yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb. Tikilən geyimlərin sayı hələ ki, məlum deyil. Qiymətlərə gəlincə isə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən aslıdır. Bununla bağlı hesablamalar aparıldıqdan sonra məlumat vermək mümkün olacaq", - deyə E. Əzimov əlavə edib.

Qeyd edək ki, daha məktəbli formalarının avqustun 16-da satışa çıxarılması planlaşdırılırdı

BAKU.WS