SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Abşeron rayonunda yerləşən ən böyük filiallarından biri yenilənərək istifadəyə verilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, filialın açılış mərasimi şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilovun iştiralı ilə baş tutub.

O bildirib ki, 24 poçt şöbəsinin daxil olduğu "Abşeron" filialı əsaslı təmir olunub, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə burada əməkdaşların sayı artırılıb, elektron növbə sistemi qurulub. İki geniş əməliyyat zalından ibarət filialda 30 nəfərdən artıq əməkdaş vətəndaşlara xidmət göstərəcək. Həmçinin nağdsız ödəmələr üçün post-terminal quraşdırılıb ki, bu da poçt əməliyyatları zamanı şəffaflığın qorunmasını təmin edəcək.

“Azərpoçt” filatelistləri də nəzərə alaraq filialda marka guşəsi yaradıb. Burada vətəndaşlara markalarla yanaşı, poçt kartları, açıqcalar və digər filateliya məhsulları təqdim olunacaq.

Təmirə ehtiyacı olan poçt məntəqələri davamlı olaraq tərtib olunmuş plan üzrə təmir olunacaq.

BAKU.WS