"Azəripək" MMC-nin direktoru dəyişib

05
iyl
2022
11:43
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Azəripək" MMC-nin direktoru Zaur Yaqubov işdən çıxıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Səməd Nəbiyevə həvalə edilib.
O, bundan əvvəl ASK-yə məxsus "ASK Şüşə" MMC-nin direktoru vəzifəsində çalışıb.
“Azəripək” 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 11 546 479,17 manat olan şirkətin tərkibindəki istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
