“WhatsApp”da daha bir YENİLİK

05
iyl
2022
08:24
“WhatsApp”ın tərtibatçıları dayanmadan istifadəçilərə yeni imkanlar təklif etməkdə israrlıdırlar.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu yaxınlarda onlar emojilərdən istifadə edərək digər insanların mesajlarına cavab vermək funksiyasını təqdim ediblər.
Hazırda isə messencerin texniki komandası bu məqsədlər üçün istifadə olunan işarələrin siyahısını genişləndirməyi düşünür.
Məlumata görə, yaxın vaxtlarda mesajlara istənilən emoji ilə cavab vermək mümkün olacaq.
Qeyd edək ki, hazırda yeniliyin istifadəçilər üçün nə zaman əlçatan olacağına dair dəqiq məlumat yoxdur.
Oxşar xəbərlər
Azərbaycanda avtomobillərin texniki baxışı ləğv edilir? - AÇIQLAMA
Son günlər avtomobillərin texniki baxışdan keçmə tələbinin ləğv olunması ilə bağlı fikirlər səsləndirilir. Bu cür fikirlərin yaranması heç də təsadüfi deyil. Çü...