VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Whatsapp”ın gələcək yenilənməsində istifadəçilər özlərinin onlayn olduqları barədə məlumatı gizlədə biləcəklər.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu məlumatın hamıdan və ya yalnız müəyyən şəxslərdən gizlədilməsi mümkün olacaq.

Məsələn, istifadəçi hazırda onlayn olduğunu yalnız kontaklar siyahısındakı şəxslərdən və ya bütün “Whatsapp” istifadəçilərindən gizlədə biləcək.

Hazırda istifadəçilər mesencerdə sonuncu dəfə aktiv olduqları barədə məlumatı gizlədə bilərlər, lakin onlayn olduqlarını göstərən məlumatın gizlədilməsi isə hələ ki, mümkün deyil.

Müvafiq funksiyanın Android, iOS və fərdi kompüterlər üçün mesencerin beta versiyasında tətbiq ediləcəyi planlaşdırılır.

BAKU.WS