İtirdiyimiz milyonlar, yoxsa qazandığımız şəfa? - VİDEO

İtirdiyimiz milyonlar, yoxsa qazandığımız şəfa? - VİDEO
Video
Sosial 307

Sağlamlığını suda, havada və palçıqda axtaran insanlarımız heç də az deyil. Bəzi ərazilər sadə vətəndaşlar tərəfindən müalicəvi yer kimi istifadə olunur.

BAKU.WS xəbər verir ki, belə məkanlardan biri də Bakıda Zığ qəsəbəsində yerləşən "Duzlu göl" adlanan ərazidir.

ARB-nin çəkiliş qrupu adı çəkilən məkanda olaraq "Duzlu göl"ün əhəmiyyəti barədə insanları danışdırıb. Vətəndaşlar bu məkana müraciət etdikdən sonra oynaq ağrıları, dəri xəstəlikləri və sinir problemlərinin öz həllini tapdıqlarını bildirib. Bu məkana üz tutan şəxslər həm palçıq, həm yod, həm də duzlu sudan istifadə edirlər.

Müalicəvi olduğu deyilən və xeyli sayda insanın müraciət etdiyi "Duzlu göl"lə bağlı rəsmi qurumların münasibəti heç də müsbət deyil. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi "Duzlu göl" və yodlu suyu yararsız hesab edir.

Maraqlıdır ki, əgər bu məkan həqiqətən istifadəyə yararsızdırsa, heç bir xəstəliklər üçün şəfa məqsədi daşımırsa və insanların istifadəsi üçün təhlükəlidirsə, niyə "Duzlu göl"dən istifadə birmənalı qadağan edilmir. Əgər bu öz təsdiqini tapmayıbsa və qadağan olunmasına səbəb yoxdursa, niyə məkan abadlaşdırılmır və dövlətin milyonlarla pul itirməsinə səbəb olur? Çünki ərazi abadlaşdırılsa, xidmət səviyyəsi artarsa, həm vətəndaşlar bu məkandan rahat şəkildə istifadə edəcək, həm də dövlət büdcəsinə vəsait daxil olacaq.

Son xəbərlər