Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin HAQQINA GİRDİLƏR - FOTO/VİDEO

Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin HAQQINA GİRDİLƏR - FOTO/VİDEO
Foto Video
Sosial 3489

44 günlük Vətən Müharibəsi zamanı Ermənistan baş naziri Nikol Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin videosunu çoxları görüb.

Videoda əsgər Paşinyana müraciət edərək, "Nə oldu, bəs yol çəkirdin?" deyərək gündəmə gəlmişdi.

Vətən Müharibəsindən sonra həmin görüntülər sosial şəbəkədə də paylaşılmışdı. Ötən gün həmin görüntülərin qəhrəmanı olan 1996-cı il təvəllüdlü Rüstəmov Elməddin Rəfail oğlu onu təəccübləndirən video ilə üzləşib.

BAKU.WS-ə açıqlama verən Rüstəmov Elməddin ona məxsus görüntülərin başqasına nisbət verildiyini və haqqına girildiyini bildirib. "Tiktok"a yerləşdirilən videodan məlum olur ki, tədbirlərin birində naməlum gənc dağa çıxarkan Paşinyana müraciət edən şəxs kimi təqdim olunub.

Lakin həqiqətdə həmin görüntülərdəki şəxs Rüstəmov Elməddindir. Amma nədənsə gənc özünü həmin görünütlərin qəhrəmanı kimi təsdiqləyir.

Qeyd edək ki, görüntülərin əsl qəhrəmanı hazırda Abşeron rayonu Mehdiabad qəsəbəsindəki restoranların birində ofisiant işləyir. O, Vətən Müharibəsi zamanı Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oxşar xəbərlər

Bu gün üçüncü Qədr gecəsidir

Bu gün üçüncü Qədr gecəsidir

Ramazan ayının 19, 21 və 23-cü gecələri qədr gecələridir. Bu gecələrin özünün məxsusi əməlləri var ki, onların yerinə yetirilməsində böyük savab var. BAKU.WS xə...

133 Sosial 09:26 05 may 2021

Son xəbərlər