SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə may ayının 16-dan etibarən çimərliklərdə monitorinqlərə başlayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, monitorinqlər ilin bütün fəsilləri keçirilir.

"Çimərlik mövsümünə az qalmış isə monitorinqlər intensiv aparılır. Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri iyunun əvvəli açıqlanacaq", - deyə o bildirib.

BAKU.WS