15 minə yaxın kəlbəcərlinin məskunlaşdığı Gəncə şəhərində Kəlbəcər sevinci - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə Kəlbəcər rayonundan olan məcburi köçkünlər Kəlbəcərin işğaldan azad edilməsi xəbərini böyük coşğu ilə qeyd ediblər.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bayram sevinci Kəlbəcər rayonundan olan soydaşlarımızın məcburi köçkünlər üçün salınan müvəqqəti yaşayış qəsəbəsində keçirilib.
Uşaqdan yaşlıyadək hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşğusunu yaşayıb.
Bildirək ki, Gəncə şəhəri kəlbəcərli məcburi köçkünlərin ən sıx yerləşdiyi şəhərlərdən biridir. Ölkənin ikinci böyük şəhərində 15 minə yaxın Kəlbəcər rayonundan olan məcburi köçkün yaşayır.
Qalereya
Oxşar xəbərlər
Məcburi köçkünlər bu hallarda aylıq müavinət ala bilməz - RƏSMİ
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23...