Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paxtaxt yollarında son vəziyyəti açıqlayıb.

Mərkəzdən BAKU.WS-ə verilən xəbərə görə, hazırda sıxlıq olan küçələr bunlardır:

1. Zərifə xanım Əliyeva küçəsində, Azadlıq prospekti ilə kəsişmədən, Rəsul Rza küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur.

4. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində, eyni zamanda A.Puşkin küçəsi ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

5. 28 May küçəsinin, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

6. Rəşid Behbudov küçəsinin, Zərifə xanım Əliyeva küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

7. Dilarə Əliyeva küçəsində, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən, Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

8. Abbasqulu ağa Bakıxanov küçəsində, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə olunur.

9. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

10. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

11. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla, Xaqani küçəsi ilə kəsişmədən, Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

12. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

13. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

14. Koroğlu Rəhimov küçəsində, Gülarə Qədirbəyova küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

15. Yusif Səfərov küçəsində, Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

16. Moskva prospektində, köməkçi yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

BAKU.WS