13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Alban əslli model və aktrisa Almeda Abazi Türkiyə və Azərbaycandan gələn şəhid xəbərlərinə reaksiya göstərib.
 
BAKU.WS-in məlumatına görə, "Survivor" yarışmasının iştirakçısı olmuş gözəl model sosial şəbəkədən Türkiyədəki terror hadisələrinə və Azərbaycan-Ermənistan cəbhəsindəki atışmalara münasibət bildirib.
 
"Türk vətəndaşı deyiləm, ancaq acınız acımızdır" deyə yazan model öz rəsmi səhifəsində bu sözləri qeyd edib: "Azərbaycan-Türkiyəm. Xəbərlərə baxa bilmirəm, içim sızlayır. Hələ bu şəhid olanın bacısının "bəlkə nəfəs alır" deməsinə çox ağladım. Allahım sən bizləri qoru nə olar". 

Qeyd edək ki, Almeda Abazi 13 fevral 1992-ci ildə Albaniyada doğulub. O, qatıldığı 3 gözəllik yarışmasında da kraliça seçilərək "Miss Tiran", "Miss Albania" və 2008-ci ildə "Miss Globe Kainat Gözəli" mükafatlarını qazanıb.
 
ŞAHİN Həbibov
BAKU.WS