SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıdakı qəsəbələrin birində sakinlər acınacaqlı yoldan istifadə etmək məcburiyyətindədir.

Söhbət Sabunçu rayonu ərazisində yerləşən Yeni Ramana qəsəbəsindən gedir.

BAKU.WS-in "qaynar xətti"nə məlumat verən sakinlər 26 ildir bərbad yollardan istifadə etdiklərini bildiriblər. İlin bütün fəsillərində acınacaqlı yoldan əziyyət çəkən sakinlər bu problemin nə vaxt həll olunacağını səbrsizliklə gözləyirlər.

Bu azmış kimi ətrafda kanaliazasiya sularından yaranmış bataqlıq da qəsəbə sakinlərinin halını daha da ağırlaşdırır.

BAKU.WS

QALEREYA