SİZİN REKLAM BURADA!
055 213 76 73


"Özəl sektorda çalışan vətəndaşlarımızın, xüsusən də gənclərin əməkhaqlarının artırılması, onların sosial baxımdan təminatı vacib və prioritetdir".

BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib:
"Minimum əmək haqqının artırılması dövlət sektoru ilə yanaşı, özəl sektora da təsir göstərəcək. Çünki özəl sektor müəyyənləşdirilmiş minimum əmək haqqından az əmək haqqı təklif etmək hüququna malik olmayacaq. Bu artıq yanvar ayından etibarən tətbiq olunur. Özəl sektorda orta aylıq əmək haqqının yüksəlməsi olduqca vacibdir. Çünki təhlillər onu göstərir ki, bir sıra sektorlarda əmək haqları yüksəkdir. Xüsusən neft və maliyə sektorunda.

Lakin xidmət, ictimai iaşə, hətta turizmdə əmək haqları yüksək hesab olunmur. Ona görə də birmənalı şəkildə bu sektorlarda da sahibkarlar tərəfindən əmək haqlarının artırılması, daha çox sosial təminat özəl şirkətlər tərəfindən sosial korporativ məsuliyyətə uyğun olaraq proqramların həyata keçirilməsi məqsədəuyğundur".

V.Bayramovun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş yerlərini daha çox özəl sektor yaradır:

"Özəl sektor ölkə üzrə gəlirliyə uyğun olaraq daha çox əmək haqqı təklif etmək imkanına malikdir. Birmənalı şəkildə özəl sektorda əmək haqların sahibkarlar tərəfindən yüksəldilməsi, sosial proqramın icra edilməsi ilə bağlı təşviqedici tədbirlərin həyata keçirilməsi əsas prioritetdir. Artıq gəlir vergisi qeyri-dövlət və qeyri-neft sektorunda 8000 manatadək olan hissə sıfırlanıb. Bu da əmək haqqına, leqallaşmağa birbaşa təsir göstərir. Növbəti mərhələdə əsas prioritetlərdən biri iqtisadiyyatın ağardılması və gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir. Ona görə də iqtisadiyyat leqallaşdıqca, özəl rəqabət artdıqca özəl sektorun daha çox əmək haqqı təklif etmək imkanlarının olacağı gözlənilir".

BAKU.WS