SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan dilinin orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb və “spayder” sözü daxil edilib”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli çıxış edib. O, əlavə edib ki, adıçəkilən lüğətdə qüsurlar tək bununla bitmir.

Məsələ ilə bağlı danışan Orfoqrafiya Lüğəti kitabının məsul redaktoru, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli bildirib ki, “hörümçək” sözünün lüğətə salınması yaddan çıxıb:

“Hörümçək” sözünün lüğətə salınması yaddan çıxıb. Lüğətin tərtib olunması zamanı işçi qrup yaradılmışdı. Üzvləri gənclər idi. Ola bilsin ki, onlar “hörümçək” sözünü lüğətə daxil etməyi unudublar. “Hörümçək” sözü yoxdursa, “hörümçəkkimilər” sözü necə ola bilər ki? “Spayder” sözünə gəldikdə, o söz ingilis dilindən tərcümədə hörümçək mənasını versə də, əslində minik avtomobillərində yığılan (bəzən açılıb götürülə bilən) dama malik, iki yan qapılı və bir və ya iki sıra oturacaqlı kuzov növünə deyilir. Həmin hissə hörümçəyə bənzədiyi üçün “spayder” adlandırılır. Buna siz müəllifi olduğum “Yeni sözlər, yeni mənalar” lüğətində də rast gələ bilərsiniz”.

BAKU.WS