Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
16
yan
2018
16:07
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var".Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq" və "qarğımaq" sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq"dır".M. Nağısoylu qeyd edib ki, 2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib.O, lüğətdən çıxarılacaq sözlərin sayının arta biləcəyini də deyib.BAKU.WS
Oxşar xəbərlər
“Əsgər” sözü “əskər”, “alqı-satqı” sözü “alğı-satqı” kimi yazılacaq - DƏYİŞİKLİK
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.BAKU.WS-in AMEA-ya istinadla məlumatına görə, iclasda Azərbaycan dil...