Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında bəzi yerlərdə küləyin intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Bildirilib ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Oxşar xəbərlər
Avqust ayında hansı meyvələri yemək faydalıdır?
Avqust ayı meyvə baxımından ən zəngin dövrlərdən biridir və bu ay süfrəyə daxil edilən mövsümi meyvələr həm vitamin, həm də antioksidantlarla zəngin olur. BAKU...