Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq
Sosial 1407
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var”.BAKU.WS xəbər verir ki, bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: “Məsələn, orfoqrafiya lüğətinin son nəşrində “qarğamaq” və “qarğımaq” sözləri yazılıb. Düzgün variant təbii ki, “qarğımaq”dır”.M. Nağısoylu qeyd edib ki, 2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib.BAKU.WS

Son xəbərlər