Azərbaycan gömrükçüləri qarpızdan narkotik vasitə aşkarlayıb
01
yan
2026
12:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya qarpız aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.
Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....