SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Qəhrəman İsgəndər Aznaurovun anası bu gün vəfat edib.

BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, bu haqda mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, Birinci Qarabağ Müharibəsi şəhidi, Milli Qəhrəman İsgəndər Aznaurovun anası Kamilə Aznaurova bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ. Aznaurov axısqa türküdür. O, Özbəkistanın Buxara vilayətində anadan olub. Birinci Qarabağ Müharibəsində könüllü iştirak edərək 1993-cü il 18 apreldə Gədəbəydə gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

BAKU.WS