Başqasına məxsus “Gelandewagen”lə kasıbları təhqir edən şəxs saxlanıldı, üzr istədi - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü barədə Daxili İşlər Nazirliyi araşdırmalara başlamışdı.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin yaydığı məlumata istinadən xəbər verir ki, həmin sürücünün 1985-ci il təvəllüdlü Samid İmdad oğlu Bağırov olması müəyyən edilərək saxlanılıb.
"Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin (başqasına məxsus) sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb. Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və o saxlanılıb. S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılmış və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi: DİN hərəkətə keçdi - YENİLƏNİB - VİDEO
Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü barədə araşdırma aparılır. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimai...