SİZİN REKLAM BURADA!
055 213 76 73


Qədim tarixə malik olan qəsəbə yeni rənglərə boyanıb – küçələr daşlarla döşənib, çəlləklərdə bitkilər və divarlarda maraqlı dekorasiyalar peyda olub.

Bibiheybət yeniləşmədən sonra İtalyanın sahilyanı qəsəbələrinə daha çox oxşayır.

Şəhər tipli qəsəbə rənglənsə də, öz tarixi izlərini saxlayıb.

Bibiheybət məscidinin tarixi bu qəsəbənin qədimliyini daha da dərinləşdirir. Bura Bibiheybət məscid-ziyarətgah kompleksi kimi fəaliyyət göstərir.

Vaxtilə burada, dağın üzərində tikilmiş mayak şəhərin müdafiəsi üçün istifadə edilib. Ərazidə hərbi hissə yerləşib, hava hücumundan müdafiə bölmələri şəhəri hava hücumundan da qoruyub. Mayak həmişə Xəzərdə üzən gəmilərə yol göstərib. Bibiheybət mayakı bizim hərb tariximizin ayrılmaz hissəsidir.

Qəsəbədə 1846-cı ildə dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu da qorunub saxlanıb. Tarixçilər bildirir ki, Azərbaycanda bu quyu ABŞ-dan 13 il əvvəl qazılıb.

Oxu.Az-ın fotoqrafı öz tarixi sirrini qoruyub saxlayan bu qəsəbədə olub.

Qəsəbədən fotoreportajı təqdim edirik:

BAKU.WS
QALEREYA