13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Prezidentin mətbuat katibi mükaftlandırılıb. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

A.Qasımov 1994-cü ildə Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluqda attaşe, 1997-1999-cu illərdə attaşe, üçüncü katib kimi çalışıb.

1999-2000-ci illərdə Azərbaycan XİN Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli sərəncamı ilə mətbuat katibi təyin edilib.