Dələduzların qurbanı olmamaq üçün buna mütləq baxın - VİDEO

Azərbaycanda özünü bank əməkdaşı kimi təqdim edib vətəndaşı aldatmaq istəyən daha bir dələduz ifşa olunub.
BAKU.WS xəbər verir ki, bu işdə tanınmış texno-bloger Fərid Pərdəşünas şəxsən iştirak edib.
Hər şey özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən dələduzun blogerin dostuna zəng etməsi ilə başalayıb. Texno-bloger dələduzla dialoq quraraq onun vətəndaşları necə altmaq istəməsini lentə alıb.
Qeyd edək ki, özünü Xəyal Hüseynov kimi təqdim edən cinayətkar saxta nömrədən “spoofing” ilə zəng edib.
Kibercinayətkarlığa qarşı təbliğ məqsədilə lentə alınan bu görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanda yeni kiberhücumlar yayılır - Bu zəngləri açmayın
Azərbaycanda kiberşantaj, "Man in the middle" və "Spoofing Caller ID" kiberhücum növləri geniş yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə İKT üzrə ekspe...