SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən heç yerdə deməmişəm ki, ərim kiminsə tərəfindən döyülüb. Belə bir sübut yoxdur".

Bunu BAKU.WS-ə açıqlamasında tanınmış bloger Ayşən Şirəliyeva bildirib:

"Kamalın həyatını itirdiyi gün onunla bazarlıq etdikdən sonra evə qayıtmışıq. Axşam evdən çıxmayıb. Siqaret çəkəndən sonra yuxuya gedib və səhərə qədər ayılmayıb. Ölümündən qabaq səhhətində heç bir problem olmayıb. İdmanla məşğul olurdu və dağ kimi oğul idi. Boksla məşğul olurdu və sonuncu dəfə məşqə 4 gün öncə getmişdi.

Təcili tibbi yardım evə gələn vaxt Kamal artıq ölmüşdü. Mən onun ürəyini masaj etmişdim, ağzından nəfəs vermişdim. Artıq ürəyi döyünmürdü.

Mən bir paylaşım etmişdim ki, "sənə uzanan əllər qırılsın". Kamal boksla məşğul olurdu. Mən də məşq zamanı onun vurulacağını ehtimal etdiyim üçün yazmışam. Amma bu, o mənanı vermir ki, Kamal döyülərək öldürülüb".

***13:01

Bakının Nəsimi rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub:

“K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir”.

Qeyd edək ki, K.Namazov bloger Ayşən Mirzəyevanın həyat yoldaşı olub.

Oktyabrın 13-də onlar nikaha daxil olublar.

BAKU.WS
VİDEO

QALEREYA