Yaddaşlarımıza əbədi olaraq həkk olunan Vətən müharibəsinin ildönümü münasibəti ilə Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-yi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC xüsusi layihəyə başlayır. “Qarabağ İlmələrdə” adlanan sosial layihə çərçivəsində vətəndaşlarımıza 2021-ci il sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq “Qarabağ xalçası”na bir ilmə vurmaq təklif olunacaq.

Həm Bakıda, həm də regionlarda çoxlu sayda insanımızın qoşulması planlaşdırılan sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək.

Layihə davam etdiyi müddət ərzində silsilə videoçarxlar və «Qarabağ İlmələrdə» adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.

Layihənin sonunda 8 noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.

BAKU.WS
VİDEO