VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.

Məsələ ilə bağlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib. AMEA işçisinin vəkili Aqil Layıc açıqlamasında bildirib ki, “sertifikat” verən şəxslərin kimliyi bəllidir.

“Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”.

BAKU.WS