13 yaşlı Zəhra ölümlə mübarizə aparır: Dəstəyə ehtiyacı var
Yeniliklərdən dərhal xəbərdar olun
13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası İlkin Hacıyev məlumat verib.
O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:
"Hazırda qızım Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır. Hazırda dəstəkləyici müalicə dövlət tərəfindən aparılsa da, bu müvəqqəti müalicədir. Zəhranın sağlamlığı tükənmə mərhələsindədir və təcili ilik köçürülməsinə ehtiyacı var. Bu proses çox bahalı sayılır. Gələn ay ilik köçürülməsi üçün Türkiyəyə getməliyik. Bunun üçün isə 90 min dollara ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 271-61-75.
Kapital Bank: 4169 7388 4758 7536.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...