SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəzi vətəndaşlar özlərini təhlükəyə ataraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçir. Yolunu qısaltmaq istəyən sakinlər həyatlarına qənim kəsilir.Əksər vaxtlarda isə ölüm qaçılmaz olur.

BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, piyadaların ölümü ilə nəticələnən yol qəzalarının statistikası da vəziyyətin ürəkaçan olmadığını göstərir.

Məsələn, son 8 ay ərzində respublika ərazisində baş verən yol- nəqliyyat hadisələri zamanı 190 nəfər ölüb, 267 nəfər isə yaralanıb. Hadisələrin 41 %-i piyadaların vurulması ilə nəticələnib. Lakin Bakıda bu rəqəm daha çox 56,4 % təşkil edib. Paytaxtda baş verən yol- nəqliyyat hadisələri zamanı 80 nəfər ölüb, 107 nəfər isə yaralanıb.

Sürcülər deyir ki, bəzi piyadaların məsuliyyətsiz davranışları onları təhlükəyə atır.

Polis isə piyada və sürücüləri daha diqqətli olmağa çağırır.

BAKU.WS
VİDEO