5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT


""Azercell Telekom” MMC öz  fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir. Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur".
 
BAKU.WS-in məlumatına görə, bunu Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya bildirib. Onun sözlərinə görə, ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır:
 
"Hazırda Azercell Telekom-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi".

Qeyd edək ki, 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri – məhdud müddətə uzadılmış hesab edilir.
 
BAKU.WS