SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyə baş naziri Binali Yıldırım cümə namazını Bakıdakı Əjdərbəy məscidində qılıb.
 
BAKU.WS-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin də müşaiət etdiyi B. Yıldırım namazdan sonra məscid camaatı ilə söhbət edib. Türkiyə ilə Azərbaycanın bir millət, iki dövlət olduğunu Bakıda olmaqdan çox xoşbəxt olduğunu söyləyib.

Türkiyə və Azərbaycanın kədərinin, sevincinin, taleyinin bir olduğunu vurğulayan Yıldırım, burada özünü doğma evindəki kimi hiss etdiyini qeyd edib.

"Ramazan bərəkət, rəhmət, cəhənnəmdən azad olmaq, günahlardan təmizlənmək ayıdır. Bu ay sülhün, qardaşlığın gücləndiyi, düşmənçiliyin, ədavəti aradan qaldırıldığı mübarək bir aydır. Ramazanınız mübarək olsun. Dünyanın dörd bir yanında əzilən, məzlum, yerindən, yurdundan didərgin düşən milyonlarla din qardaşımıza Allah kömək etsin".

BAKU.WS