Azərbaycanın məşhur idmançısı vitse-prezident təyin olundu - FOTO/ VİDEO

Azərbaycanın məşhur idmançısı vitse-prezident təyin olundu - FOTO/ VİDEO
Foto Video
Sosial 2090

Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat reallaşıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, dünya və Avropa çempionu Ramal Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

Təyinat AKF-nın fəxri prezidenti, İdarə Heyətinin Sədri, Milli Məclis Sədrinin müavini Adil Əliyev və AKF-nın prezidenti Orxan Əliyev tərəfindən rəsmiləşdirilib.

Qeyd edək ki, peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə tanınan Ramal Aslanov Əməkdar idman ustası, Azərbaycan Prezidenti mükafatçısıdır. O, 11 dəfə Azərbaycan çempionu, 2019-cu ildə WAKO dünya çempionu, FF (Faith Fight) Qran Pri dünya kəmərinin sahibidir (2016-2018).

Ramal Aslanov hazırda həmçinin milli komandanın kapitanı və AKF İdarə Heyətinin sədr müavinidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nazir və müavinlərinin dekabrda şəhər və rayonlarda vətəndaşların qəbul CƏDVƏLİ

Nazir və müavinlərinin dekabrda şəhər və rayonlarda vətəndaşların qəbul CƏDVƏLİ

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri və onların müavinləri 2019-cu ilin dekabr ayında vətəndaşların qəbulunu keçirəcəklər. BAKU.WS...

1152 Sosial 15:29 29 noyabr 2019

Son xəbərlər