SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda bu vaxta kimi şəhərdə görünməyən piyada keçidi inşa olunur.

BAKU.WS  məlumat verir ki, körpü-keçid paytaxtın İstiqlaliyyət və Azərbaycan (keçmiş Hüsü Hacıyev) küçələrinin kəsişməsində yerüstü piyada keçidinin inşaasına start verilib. 

İş icraçılarının Milli.Az-a verdiyi məlumata görə, keçid müvəqqəti xarakterlidir. Belə ki, nəqliyyat vasitələri və piyadaların Formula-1 yarışları ilə bağlı İstiqlaliyyət küçəsinə girişinə tam məhdudiyyət qoyulacağından və ən yaxın yeraltı piyada keçidi də nisbətən uzaqda, metronun "İçərişəhər" stansiyasının qarşısında yerləşdiyindən insanların rahat hərəkətini təmin etmək məqsədilə ərazidə yerüstü körpü-keçid quraşdırılır. Keçidin çıxışı Mirzə Ələkbər Sabir bağına, digəri isə Azərbaycan küçəsinə açılır.

Piyada keçidinin digərlərindən əsas fərqi onun daha geniş və üstünün açıq olmasıdır.

Qeyd edilib ki, Formula-1 yarışlarından sonra yolda məhdudiyyət aradan qaldırılacağı üçün yeni körpü-keçid də demontaj edilərək söküləcək.
 
BAKU.WS