SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıdakı sürücülərdən birinin ünvanına qəribə MMX protokolu göndərilib.

BAKU.WS
avtosfer.az-a istinadən xəbər verir ki, protokolda 50 manat cərimənin qərarı çıxarılıb.

Sürücü İnzibati Xətalar Məcəlləsinin 151-3-cü maddəsini (Piyada keçidində piyadaya yol verilməməsi) pozmaqda təqsirləndirilir.

Dekabrın 28-də, gecə saat 01:00-da Ağa Nemətulla ilə H.Məmmədov küçələrinin kəsişməsində (Nərimanov RPİ-dən çıxan yer) piyada keçidindəki piyadaya yol vermədiyi iddia edilir.

Əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, "Hyundai Santafe” markalı minik maşını hərəkət edən istiqamətdə piyada keçidində piyada yoxdur. Əksinə, piyada zolağa çatmamış yolu keçməklə qaydanı pozur.

BAKU.WS