SİZİN REKLAM BURADA!
055 213 76 73


Ən çox xidmət göstərmiş və ilk onluğa daxil olan tibb müəssisələrinin adları açıqlanıb.

Bu barədə BAKU.WS-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat daxil olub.

Bildirilib ki, ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunda Sumqayıt Tibb Mərkəzi (87 943), Respublika Klinik Xəstəxanası (70 530), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (59 131), Kliniki Tibbi Mərkəz (41 064), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (37 641), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (23 383), K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (22 478), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (16 058), Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (15 248) və 15 nömrəli Uşaq Poliklinikası (9 029) yer alıb.

BAKU.WS