SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əsgər Ələddin Azər oğlu Səidovdur.

BAKU.WS xəbər verir ki, Ələddin Səidov 17 iyun 1992-ci il tarixində Bakı şəhərinin Nərimanov rayonunda anadan olub.

O, 1998-2009-ci illərdə 193 nömrəli tam orta məktəbində təhsil alıb. 2009-2013-ci illərdə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakültəsində oxuyub. Nişanlı idi.

Azərbaycan Ordusunun əsgəri olan Ə.Səidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. Ələddin Səidov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub.

Şəhid Bakı şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ələddin Azər oğlu Səidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. O həmçinin ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə də təltif olunub.

BAKU.WS
VİDEO

QALEREYA