VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Nəsimi rayonunda kişi yolun deformasiyaya uğrayan hissəsində ayağını zədələyib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, daha əvvəl Nəsimi rayonu ərazisində keçmiş “Təzə bazar”ın arxasındakı Mərdanov qardaşları küçəsi 59 ünvanında asfalt örtüyü dağılıb.

İyun ayının 7-də “Azərsu” ASC tərəfindən kommunikasiya xəttinin baxış qapağının ətrafında yaranan kiçik həcmli çuxur təmir edilmişdi.

Lakin dörd gün sonra həmin hissə yenidən çöküb. Sakinlər küçədən azyaşlı uşaqların keçdiyini bildiriblər və ehtiyatsızlıqdan xəsarət ala biləcəklərindən narahatdırlar.

Eyni zamanda ərazidən keçən nəqliyyat vasitələrinə də ziyan dəyir. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən daha lazımi tədbir görüləcəyinə ümid edirik.

BAKU.WS
QALEREYA