"Space" TV-yə yeni rəhbər təyin olunub
20
may
2021
17:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
BAKU.WS xəbər verir ki, bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.
Qeyd edək ki, Müşfiq Hətəmov 6 may 1969-cu ildə anadan olub. 1986-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1992-ci ildə bu təhsil ocağını bitirib. Ailəlidir.
M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Səhnəmizin gülüş ustası: Yaşasaydı, 71 yaşını qeyd edəcəkdi - FOTO
Bu gün Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti Arif Quliyevin doğum günüdür. Arif Quliyev 16 may 1950-ci ildə Şirvan (Əli-Bayram...