BNA-dan manatlıq taksilərlə bağlı AÇIQLAMA - RƏSMİ

28
apr
2021
14:01
“Şənbə və bazar günləri bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrini bəzi daşıyıcıların himayə etməsi barədə bizdə məlumat var”.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, həmin daşıyıcılarla bağlı müvafiq iş aparılacaq. Belə ki, qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün BNA hər hansı cəzalandırma metodundan istifadə edə bilmir:
“Biz məlumatlandırma xidməti rolunu oynayırıq. Təkliflər verilib. Yaxın zamanlarda onlarla bağlı iş aparılacaq”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
