VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisi əməkdaşı ilə vətəndaş arasında qalmaqal yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Facebook” hesabında Rəfael Bayramov adlı vətəndaş yazıb. Onun sözlərinə görə, aprelin 20-də yol polisi tərəfindən cərimələnib.

Vətəndaş iddia edir ki, yol polisi onu səbəbsiz cərimələyib.

“İdarə etdiyim “Ravon Nexia” markalı, 90 PL 712 dövlət qeydiyyat nişanlı avtomobillə 20.04.2021-ci il tarixdə saat 12:25 radələrində Qaradağ rayonu ərazisində Lökbatan yolu ilə üzü Lökbatan istiqamətinə hərəkət edərkən qarşı tərəfdən əks istiqamətdə hərəkət edən 99YP258 YPX əməkdaşı mənə "saxla" əmri verib, dönüb arxamda dayandı.

Ölkədə xüsusi karantin rejimi olmağına baxmayaraq, inspektor mənə tamamilə maskasız və əlcəksiz yaxınlaşaraq lizinq maşın sürdüyümdən sənədlərimi yoxlamaq istədi.

Mən isə niyə inspektorun maskasız və əlcəksiz olduğunu bildirdikdə "açıq havada olar" deyib, əlavə olaraq qoşa xətdən döndüyümü iddia etdi.

Nəhayət, sənədlərimi təqdim etdim. Daha sonra inspektor gedib YPX maşınında bir qədər əyləşib mənə iddia etdiyi cəriməni yazıb gətirib sənədlərimi qaytardı.

Protokolu təqdim etmədi və şikayətçi olduğumu bilərək qərar yerini də özü qərarlaşdırdı”, - deyə Rəfael Bayramov bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, istənilən halda sosial şəbəkələrdə yayımlanan video görüntülər, məlumatlar və foto görüntülər araşdırılır.

Araşdırmalardan sonra əgər, həqiqətən də, həmin əməldə qayda pozuntusu qeydə alınarsa, dərhal qayda pozuntusuna yol verən şəxsin kimliyi müəyyənləşdirilir və protokol tərtib edilir.

BAKU.WS
QALEREYA