1170 məcburi köçkün ailəsinə ŞAD XƏBƏR

1170 məcburi köçkün ailəsinə ŞAD XƏBƏR
Sosial 2337
 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinə 1170 məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı tender elan edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Bundan başqa, Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində yaşıllaşdırma işləri ilə bağlı da tender elan edilib.

Tenderdə iştirak haqqı 300 manatdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcək. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank qarantiyası istisna olmaqla) 8 may 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank qarantiyasını isə möhürlənmiş ikiqat zərfdə 23 may 2017-ci il saat 18:00-a qədər Bakı şəhəri, Tbilisi prospekti, 57D (MKSİF) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 24 may 2017-ci il tarixdə, müvafiq olaraq saat 16:00 və 17:00-da yuxarıda göstərilən ünvanda açılacaq.

Qeyd edək ki, Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması məqsədilə qəsəbələrin, çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin layihələndirilməsi və onların tikintisi ilə bağlı işlərin həyata keçirilməsi MKSİF-ə həvalə olunub.

BAKU.WS

Son xəbərlər