115 kubalı həkim Azərbaycana gəldi

COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana dəstək üçün 115 nəfər kubalı həkim artıq paytaxtdadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, həkim heyəti Azərbaycanın tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Kuba təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.
Məlumat üçün bildirək ki, ötən gün Rusiyadan 22 tibb işçisi də Azərbaycana gəlib.
Qeyd edək ki, bundan əvvəl Türkiyədən 19 həkim heyəti REACT layihəsi çərçivəsində Bakıya gəlmişdi.
Oxşar xəbərlər
“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Koronavirusun episentrindən REPORTAJ
İlk dəfə dünya mediasında oxuduğumuz koronavirus bəlası daha sonra ölkəmizdə peyda oldu və hər kəsin qorxulu yuxusuna çevrildi. Aylardır ölkəmizdə bu virusa qar...