SİZİN REKLAM BURADA!
055 213 76 73


  

 

"Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan "Azərbaycan tarixi" məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur”.
 
BAKU.WS-in məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib:
 
"Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır”, - deyə nazirlik rəsmisi vurğulayıb.
  
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə ali məktəbə hazırlaşanlar üçün "Azərbaycan tarixi” məlumat kitabının şəkili paylaşılıb. Kitabın üz qabığının Ermənistan bayrağının rənglərində olması sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS