SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda Bakının əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunur.

Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.

Hazırda sıxlıq müşahidə olunan küçələrin siyahısını təqdim edirik:

- Bakı-Sumqayıt şosesi - Xırdalan dairəsindən başlayaraq, “20 Yanvar” dairəsi istiqaməti sıxlıq;

- Ziya Bünyadov prospekti-Əsas yol - Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq Bakı Polad Zavodunun qarşısı da daxil, eyni zamanda Çermet körpüsü üzərindən, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq;

- Afiyəddin Cəlilov küçəsi - Cavanşir körpüsünün üzərindən, Hökumət Evi istiqaməti sıxlıq;

- Abdulvahab Salamzadə küçəsi-Əsas yol - Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq;

- A.Nobel prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində sıxlıq;

- Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

- Heydər Əliyev prospekti-Əsas yol və Kənar yol - Koroğlu metro stansiyasının qarşısından, şəhər mərkəzi istiqamətində sıxlıq;

- 28 May küçəsi - Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq;

- Tbilisi prospekti - Hər iki istiqamətdə, şəhər mərkəzi və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsinə qədər, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

- Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində sıxlıq;

- Həsən bəy Zərdabi prospekti - “20 Yanvar” dairəsinə düşən hissə sıxlıq.

BAKU.WS
QALEREYA