Polis nişanlanan 11 yaşlı qızın valideynlərinə bunu etməyə QADAĞA QOYDU

01
mar
2021
12:31
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib.
BAKU.WS-in məlumatına görə, “unikal.org”a açıqlama verən qızın yaxınları bildirib ki, hər iki tərəfin valideynləri polis idarəsinə çağırılıb.
Onların izahatları alınıb və sərbəst buraxılıblar. Valideynlərə qızın 18 yaşı tamam olana qədər nikaha girməsinin qanunla qadağan olunduğu bildirilib.
Əks halda bu nikaha görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olacağı qeyd edilib.
Oxşar xəbərlər
Nişanlanan azyaşlı qızın qohumu danışdı - "Bu, bizdə adətdir"
Xəbər verdiyimiz kimi, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində azyaşlı qıza nişan mərasimi keçirilib. BAKU.WS xəbər verir ki,...
