Azərbaycan Həmkarlar İttifaqlarının (AHİK) İcraiyyə Komitəsinin 22 fevral 2021-ci il tarixli qərarı ilə daha 23 şəhid ailəsi himayəyə götürülüb.

BAKU.WS xəbər verir ki, bununla da himayəyə götürülmüş şəhid ailələrinin ümumi sayı 139-a çatıb.

İcraiyyə Komitəsi bundan əvvəl Vətən müharibəsində şəhid olmuş 116 əsgər və zabitlərin ailəsinin himayəyə götürülməsi barədə qərar qəbul edib. 

AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürüb. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150 manatla təmin olunurlar.

Təkcə bu yardımlara xərclənəcək məbləğin miqdarı isə 885 min 600 manat olacaq.

BAKU.WS