SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakıdakı qarlı hava şəraitində Heydər Əliyev Beynəlxalq Aeroportu adi qaydada işləyir”.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski bildirib.

“Bugünkü aviareyslərlə bağlı heç bir dəyişiklik yoxdur. Bakıdan Naxçıvana saat 8:00-da, Türkiyənin İstanbul şəhərinə isə saat 8:30-da uçuş yerinə yetirilib. Bu gün həmçinin Türkiyənin Antalya şəhərinə və Rusiyanın paytaxtı Moskvaya aviareyslər olacaq”, - o deyib.

BAKU.WS