Milli Məclisdə əhaliyə güzəştlə satılan qazın limiti ilə bağlı TƏKLİF

Milli Məclisdə əhaliyə güzəştlə satılan qazın limiti ilə bağlı TƏKLİF
Sosial 258

“Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: “Dağlıq rayonların sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib.

Ölkə əhalisinin 15%-i qaz limitini aşır. Bu 15%-in içində dağlıq rayonlarda yaşayan insanlar 10%-dən də azdır. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.

Son xəbərlər