Milli Məclisdə Operativ Qərargah tənqid edildi: “Toylar keçirilməlidir”

23
fev
2021
12:06
Milli Məclisin iclasında deputat Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahı tənqid edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, F.Mustafa idman zallarının açılması və toyların keçirilməsi ilə bağlı qərarların olmamasından şikayətlənib.
Deputat qeyd edib ki, idman zalları açılmalı, toy mərasimləri isə tənzimləmələrlə keçirilməlidir.
“Biz burada məsələ qaldırırıq, heç kim reaksiya vermir, maraqlanmır. Bu, nə deməkdir? Niyə maraqlanmırlar ki, xalq necə yaşayır? Bu gün ölkədə ciddi demoqrafik problemlər də mövcuddur”, - deyə F.Mustafa söyləyib.
Oxşar xəbərlər
Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayının ortasından bəri toy və nişan mərasimlərinin k...
