SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

BAKU.WS xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən "Caspian Catering Supply" MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 19.99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 15.12.2020-ci il tarixində istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2.5 ton) salmonella aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər patologiyaların əmələ gəlməsinə səbəb ola bilirlər. Salmonellaların hər növü mədə-bağırsaq narahatlıqlarına, temperaturun yüksəlməsinə, spesifik infeksiyaların əmələ gəlməsinə səbəb olur.

BAKU.WS