Vaqif Mustafayevin gedişi Turan İbrahimov və Vado Korovinə yol açdı: “Space”in yeni rəhbəri kim olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Vaqif Mustafayevin “Space” TV-nin rəhbərliyindən kənarlaşdırılmasından sonra telekanala kimin rəhbər təyin ediləcəyi geniş müzakirə edilir.
BAKU.WS “redaktor.az”a istinadən xəbər verir ki, bu vəzifəyə namizəd kimi bir neçə tanınmış şəxsin adı çəkilir. Onların içərisində Etibar Babayev, Vüqar Qaradağlı, Turan İbrahimov və Vado Korovinin “Space”in rəhbəri olmaq şansının daha çox olduğu deyilir.
Saytın əldə etdiyi məlumata görə, Vado Korovin bir neçə gün öncə ATV-dəki işindən ayrılıb. Bu, onun “Space” TV-yə rəhbər təyin edildiyi ehtimalını daha da artırıb.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...